ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 Bizimlə əlaqə
+99450 570-2000 
 +99450 450-0018

mail@kurort-booking.com

 

RİXOS QUBA

Rayon:
Azərbaycan
Quba
Xüsusiyyətlər
  • Təsvir:

    Əgər Sizin üçün komfortlu yaşayış və yüksək keyfiyyətli xidmət birinci yerdə durursa, o zaman Rixos Quba Azərbaycan oteli doğru seçim olacaq.

    Rixos Quba Azərbaycan oteli Qafqaz dağlarının tam ürəyində yerləşir. Yaxınlıqda dağ xizəkçiliyi mərkəzi də vardır. Otel misilsiz gözəlliyə sahib olan meşələrlə əhatə olunub. Burada Siz beş ulduzlu komfortun və toxunulmamış təbiətin heyrətamiz vəhdəti ilə qarşılaşacaqsız.

    Oteldə yer alan 212 otağın hər birində Sizi əsl dəbdəbə, yüksək keyfiyyət və komfort gözləyir. Bunların arasında suit tipli otaqlar və villallar da vardır. Otaqların hər birinin pəncərəsi valehedici gözəlliyə sahib olan gölə, dağlara və meşəyə açılır. Yorucu şəhər səs-küyündən istirahət etmək üçün bundan yaxşı nə ola bilər? Personal otelin hər bir qonağına, əsl ləyaqətli şəxsiyyətlərə göstərilən münasibəti sərgiləməktədir.

    Rixos Quba otelində Sizi heç nə ilə müqayisə olunmayan təbiətlə tənhalıq mühiti və yüksək səviyyəli xidmət gözləyir. Otelin restoranı qonaqlara dünya mətbəxinin nəfis təamlarını təklif edir. Otelin barında isə Sizi dünyanın hər yerindən gətirilən gözəl içkilər gözləyir.

    Bundan əlavə, SPA mərkəzində Sizi rahatlaşdırıcı proseduralar gözləyir. Rixy uşaq klubunda Sizin uşaqlarınızın qayğısına qalacaqlar. Cürbəcür çeşitli əyləncələr isə Sizə bir çox valehedici təəssüratlar bəxş edəcəkdir.

    Rixos Quba Azərbaycan oteli 945 565 m2 ərazidə yerləşir. Burada aktiv istirahət üçün lazım olan hər şey, həmçinin dağ xizəkçilik yolları, qolf sahəsi, relaksasiya zonası da mövcuddur. Üstünlüklə dolu istirahət Sizə heç nə ilə müqayisə olunmayan həzz hissi bəxş edəcəkdir.

  • Mövcudluğu və qiymətləri yoxla

    1. Uşaq: 2. Uşaq: 3. Uşaq: 4. Uşaq:

    Yerləşmə:

  • Əsas