ONLAYN REZERVASİYA Ən sərfəli qiymətə Zəmanət!
1. Uşaqın yaşı
2. Uşaqın yaşı
3. Uşaqın yaşı
4. Uşaqın yaşı
Valyuta:
Azərbaycan kurortları




 Bizimlə əlaqə
+99450 570-2000 
 +99450 450-0018

mail@kurort-booking.com

 

ŞAMAXI

Шемаха






Bakı ilə arasında məsafə

135 km

Əhalisi

95,3 min nəfər

Nə ilə getmək olar

Avtonəqliyyat: Bakı – Şamaxı avtobusları

Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Bizim eradan əvvəl V əsrdə yaranmışdır. IX-XVI əsrlərdə – Şirvan şahlığının paytaxtı, Şirvanşahlarının rezidensiyası – Şərqin ən gözəl şəhərlərindən biri olmuşdur. XVIII əsrin ortalarından etibarən Şamaxı xanlığının mərkəzi olmuşdur (Puşkinin Şamaxı şahzadəsini xatırlayın).

Şamaxı torpaqlarının təbii şəraiti insanları qədim zamanlardan cəlb edirdi. Unikal təbiət, mülayim iqlim, mineral bulaqlar rayona xüsusi gözəllik verir. Burada iqlim mülayimdir. Yaylada olan palıd, fıstıq və vələs meşələri, yaşıl sahələr və kollar, göz oxşayan yaşıl çəmənlər bu yerlərə misilsiz gözəllik verir. Burada 50 növdən çox dərman bitkiləri yetişir. Meşələrin zəngin təbiəti burada vəhşi heyvanların və quşların, məsələn, cüyür, qaban, ayı, vəhşi pişiklərin yaşaması üçün əlverişli şərait yaradır.

Bu diyar ilin bütün fəsillərində çoxlu turist və istirahət edənləri cəlb edir.

Turistlərin daha çox ziyarət etdikləri yer rayon mərkəzindən 22 km məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qəsəbəsidir. Burada qışda xizək idmanı üçün və yayda at belində gəzinti üçün bütün şəraitlər vardır. “Qırxbulaq” adlı tanınmış yerdə çoxlu sayda bulaq mövcuddur. Rayonun gözəl təbiətinin mühafizəsi məqsədilə burada ərazisi 1521 ha təşkil edən Pirqulu qoruğu yaradılmışdır.

Bu günlərin Şamaxısı həm də şərabçılıq və xalçaçılığın tanınmış mərkəzidir. Rayon həm şərab zavodlarında, həm də ayrı-ayrı fərdi təsərrüfatlarda hazırlanmış gözəl şərabları ilə məşhurdur. Şamaxı şərabının süfrə və desert növləri beynəlxalq sərgilərdə çoxlu medal və diplomlara layiq görülmüşdür.
Turistlər məşhur “Şirvan”, “Qobustan”, “Şamaxı”, “İsrafil” , “Ərcimən” xalçalarını toxuyan ustalarla Şamaxının düzənlik hissəsində, Cəngi kəndində tanış ola bilərlər. Çoban ailələrində isə milli ornamentlərlə bəzədilmiş rəngli yun corablar toxunur.
Bir sözlə, Şamaxı ən böyük diqqətə layiq yerdir.






Şamaxida kurort otelləri